Dünya

Bu ölkə 980 tank, 648 artilleriya, 48 qırıcı alır

28 İyul 2022 08:37
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa Cənubi Koreyadan təxminən 1000 tank, 600-dən çox artilleriya qurğusu və onlarla qırıcı alacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyi açıqlama yayıb.

Məqsəd Ukraynaya verilən hərbi texnikanın yerini doldurmaqdır.

Bildirilib ki, Varşava 980 ədəd K2 tankı, 648 ədəd K9 özüyeriyən haubitsa və 48 ədəd FA-50 qırıcısı sifariş edib.

180 tank, 48 haubitsanın bu il tədarük ediləcəyi gözlənilir, 800 tank 2026-cı ilə, 600 haubitsa isə 2025-ci ilə qədər göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.