Dünya

Ermənistana gələn turistlər soyulur

27 İyul 2022 18:04
1 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hökuməti turizmin inkişafı ilə bağlı səs-küylü bəyanatlar verir. Ancaq eyni zamanda ölkəyə gələn turistlərdən və diaspor nümayəndələrindən, sözün əsl mənasında soyulmaqları barədə mediaya çoxlu zənglər gəlir.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu barədə İravunk nəşri məlumat yayıb.

"Əlbəttə, ilk növbədə taksi sürücüləri ilə turistlər arasında sonsuz "müharibə"dən şikayətlənirlər, çünki taksi sürücüləri əsassız olaraq gediş haqqını bahalaşdırıblar. Bu, turistlərdə, yumşaq desək, "Bayraktar" zərbəsinin təsirini yaradır.

Ancaq problem təkcə bunda deyil. Məlum olur ki, bəzi banklar və valyutadəyişmə məntəqələri onlardan pul qoparır. Məsələn, əgər bu günə qədər vətəndaşlar hesab edirdilər ki, banklarda bir az zədələnmiş, cırılmış və ya sadəcə əzilmiş pulları dəyişdirmək olar, indi bunun üçün müəyyən məbləğ ödənilməlidir. Turistlərdən hər zədələnmiş avro və ya dollar əskinası üçün 500 dram ödəmələri tələb olunur", - İrəvan qəzeti yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.