Dünya

Xameneinin müşaviri: "Çin və Rusiya heç vaxt İranın tərəfində olmayıb"

25 İyul 2022 17:48
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya və Çin özlərini İranın müttəfiqi kimi aparsalar da, Qərblə İslam Respublikasının qarşıdurmasında heç vaxt rəsmi Tehranın tərəfində olmayıblar".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti "Keyhan" qəzetinə müsahibəsində bildirib.

"Doğrudanda da nə Rusiya, nə də Çinlə dostluq və qardaşlıq haqqında müqavilə imzalamamışıq. Onlar öz maraqlarından çıxış ediblər. Onların siyasəti Qərbin reallaşdırdığından daha müdrikdir" , - o vurğulayıb.

Müşavirin sözlərinə görə, hazırda Asiyada Qərbin və ABŞ-ın birqütblü düyasına qarşı İran, Çin və Rusiya kimi 3 mərkəz yaranıb.

Qeyd edək ki, Ə.Ə.Vilayəti 1945-ci ildə İranın Rüstəmabada şəhərinin Şemran rayonunda anadan olub. 1981-ci il dekabrın 15-dən 1997-ci il avqustun 20-dək xarici işlər naziri işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.