Dünya

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı saxlanılıb - FOTO

23 İyul 2022 18:26
0 Şərh     Baxış: 1 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada bir aydan çoxdur axtarışda olan 36 yaşlı azərbaycanlı Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, əməliyyat Polisin Xüsusi Əməliyyat Qrupu tərəfindən həyata keçirilib.

E.Ağayev Polşaya qaçmağı planlaşdırırmış. Bu barədə Polşa polisi məlumatlandırılıb.

Onun bu gün Kalettal şəhər məhkəməsinə çıxarılması gözlənilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azərbaycanlı Elçin Ağayev qısqanclıq zəmnində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalırmışlar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.