Dünya

Elektromobillərin şarjı robotlara həvalə edildi

23 İyul 2022 10:07
0 Şərh     Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobil istehsalçısı "Ford" Almaniyada elektrikli avtomobillər üçün robot enerji doldurma cihazlarını sınaqdan keçirməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət sürücünün iştirakı olmadan avtomobilə xidmət göstərmək üçün nəzərdə tutulmuş "Pro Charging" doldurma stansiyasını təqdim edib.

Avtomobili şarj etmək üçün onun sahibi stansiyanın yaxınlığında park etməli və proqramdan istifadə edərək robota zəng vurmalıdır. Cihaz avtomobilin mövqeyini aşkar edəcək və şarj interfeysinə qoşulacaq.

"Ford" nümayəndələri izah ediblər ki, avtomobili enerji ilə doldurmaq üçün sahibi salonu tərk etməli deyil. Şirkət onu da vurğulayıb ki, robota bu və ya digər səbəbdən avtomobildən düşə bilməyən istifadəçilər - məsələn, əlillər də etibar edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.