Dünya

Polşada ərazi müdafiəsi briqadaları yaradılır

21 İyul 2022 23:14
0 Şərh     Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın müdafiə naziri Mariuş Blaşak Varşavada, eləcə də Ukrayna ilə sərhədə yaxın yerləşən Xelm və Pşemısl şəhərlərində yeni ərazi müdafiə briqadalarının yaradılması və onlara qəbulun başladığını açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Varşavadakı birləşmə Polşa paytaxtının müdafiəsi, eləcə də şəhər ərazilərində hərbi əməliyyatlar və mühüm infrastruktur obyektlərinin mühafizəsi üzrə ixtisaslaşacaq. Xelm və Pşemısldakı ərazi müdafiə briqadaları isə Sərhəd Mühafizəsi Korpusunun funksiyalarını yerinə yetirəcək və ölkənin sərhəd xidmət ilə əməkdaşlıq edəcək.

Nəşrin iddiasına görə, hər bir briqadada komanda-qərargah, yüngül piyada batalyonları və ayrı-ayrı bölmələr, o cümlədən maddi-texniki təminat, istehkamçı və tibbi bölmələr olacaq.

Məlumata görə, artıq 15 belə ərazi müdafiəsi briqadası formalaşdırılıb və 32 mindən çox vətəndaş orada xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.