Avropada meşə yanğınları 3 dəfə artıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropada meşə yanğınları davam edir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, güclü quraqlıq səbəbindən Avropanın bir çox yerlərində meşə yanğınları öncəki illərlə müqayisədə daha tez başlayıb və bu, iqlim dəyişikliyi ilə əlaqələndirilir.
Yanvarın 1-dən iyulun 16-dək olan dövrdə Avropa İttifaqında 346 min hektar meşə yanıb və bu, son 16 ildə illik orta göstəricidən 3 dəfə çoxdur.
Güclü külək və isti səbəbindən Fransada 5 gündür Bordo regionunda yanğını söndürmək mümkün olmur, 11 min insan evakuasiya edilib.
Güclü yanğın yaşayış məntəqələrinə yaxınlaşır. Təyyarələr də cəlb olunmaqla, 3 min yanğınsöndürən meşə yanğınlarının söndürülməsinə çalışır. Yunanıstan da Fransaya yanğınsöndürmə avadanlıqları göndərib.
Portuqaliyada bir həftədir yüksək temperatur və quraqlığın səbəb olduğu yanğınlarla mübarizə aparılır. Mindən çox yanğınsöndürən evlərini yanğından qorumaq istəyən vətəndaşlarla birgə yanğınla mübarizə aparır. Portuqaliyada bu il indiyə qədər 30 min hektardan çox meşə sahəsi yanıb ki, bu da 2021-ci ildə yanğın nəticəsində məhv olan meşə yanğınlarının ümumi sahəsindən çoxdur.
İspaniyada da meşə yanğınları min hektarlarla sahəni əhatə edir. İki böyük meşə yanğını zamanı 7,4 min hektara yaxın meşə yanıb.
Malaqa əyalətində Mixas kəndi yaxınlığında başlayan yanğınla əlaqədar Əndəlüsün cənubundan 3 min nəfər evakuasiya edilib. Yanğınların söndürülməsinə 200 yanğınsöndürən və 18 təyyarə cəlb olunub.
Artıq 6 gündür ki, Las-Urdes rayonunda ildırımın səbəb olduğu yanğını söndürmək mümkün olmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var





