Dünya

Səudiyyə ilə ABŞ arasında 18 sənəd imzalanıb

16 İyul 2022 08:13
0 Şərh     Baxış: 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandumu imzalayıblar.

Bu barədə Səudiyyə Ərəbistanının "SPA" dövlət agentliyi məlumat yayıb.

"Səudiyyə Ərəbistanının energetika, investisiya, rabitə və səhiyyə nazirləri amerikalı həmkarları ilə 18 saziş imzalayıblar", - deyə məlumatda deyilir.

Qeyd edilir ki, sazişlər kosmos, investisiya, enerji, rabitə və səhiyyə sahələrində imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.