Dünya

“Apple” Enzo Ferrari haqqında serial çəkəcək

17 İyul 2022 12:07
0 Şərh     Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın "Apple TV+" striminq xidməti məşhur italyan yarışçısı və "Ferrari"nin qurucusu Enzo Ferrariyə həsr olunmuş serial çəkəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, layihədə iştirak etmək üçün "Peaky Blinders"in yaradıcısı Stiven Nayt və rejissor Stefano Sollima dəvət olunub. Serialın prodüseri Paolo Sorrentino və Lorenzo Mieli olacaq.

Serialın süjeti Luka Dal Montenin Enzonun həyatının beş ilini təsvir etdiyi "Ferrari Reks" kitabı əsasında qurulacaq. Məhz həmin illərdə yarışçı Dino adlı ilk övladını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.