Dünya

Nazir geyimini dəyişib, gecəni evsizlərlə keçirdi - FOTO

14 İyul 2022 21:22
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlanda ictimai sağlamlıq, idman və sosial məsələlərə cavabdeh olan Maarten van Ooijen adlı nazir gecəni evsizlər üçün nəzərdə tutulan mərkəzdə keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir ölkədəki evsiz şəxslərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq və evsizlərin gecəni keçirdiyi mərkəzlərdəki işlə yaxından tanış olmaq üçün bu addımı atdığını deyib.

Belə ki, 32 yaşlı nazir geyimini dəyişdirərək özünü evsiz bir şəxs olaraq qələmə verib və gecə yarısı Den Boş şəhərindəki mərkəzə gəlib.

Özünü evsiz olaraq təqdim edən bu şəxsin əslində nazir olmasını isə yalnızca mərkəzin rəhbəri və həmin gün növbədə olan mühafizəçi bilib.

Maarten van Ooijen mərkəzdə hansı şəraitdə gecələdiyini isə səhər öz sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. Onun sözlərinə görə, saxta ad və uydurma həyat hekayəsi ilə mərkəzdə qalan digər şəxslərlə söhbət edib. Nazir həmin şəxslərdən niyə evsiz olduqlarını, sosial yardım alıb-almadıqlarını, dövlətin gördüyü tədbirlərdən razı olub-olmadıqlarını maraqlanıb.

Nazir sözügedən bu ziyarətdən çox məmnun olduğunu qeyd edib. Onun bu səfəri böyük maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.