Dünya

Rusiya Vinnitsa şəhərini raketlə vurdu: 20 nəfər ölüb, 90 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO

14 İyul 2022 15:16
0 Şərh     Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:16

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, ölənlərdən 3-ü uşaqdır.

Rusiyanın atdığı "Kalibr" raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.

---------

13:22

Rusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Vinnitsada bir neçə partlayış səsi eşidilib.

Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının "Telegram" kanalında da yer alıb.

"Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - səlahiyyətlilər yazıb.

Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. "Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb", - o deyib.

İlkin məlumata görə, 30 nəfər yaralanıb, 12 nəfər ölüb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.