Dünya

Britaniya MN Rusiyanın növbəti hədəflərini AÇIQLADI

13 İyul 2022 11:15
0 Şərh     Baxış: 1 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donbasdakı Rusiya qüvvələri, ehtimal ki, gələn həftə ərzində bir neçə kiçik şəhəri, o cümlədən Seversk və Dolinanı ələ keçirməyə fokuslanacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Slovyansk və Kramatorsk əraziləri, ehtimal ki, əməliyyatın hazırkı mərhələsi üçün əsas hədəflərdir:

"Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıtmağa və Ukraynanın işğal olunmuş ərazilərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmağa davam edir".

Kəşfiyyat Xidmətinin məlumatında deyilir ki, Rusiya işğal etdiyi bu ərazilərdə münaqişədən sonrakı administrasiyaların inkişafı istiqamətində addımlar atır, buna nümunə olaraq Rusiya və Ukrayna şəhər və rayonlarının qardaşlaşması təşəbbüsü və ukraynalıların Rusiya vətəndaşlığını almasını asanlaşdıran fərman qeyd olunub.

Məlumatda o da bildirilib ki, Ukraynanın işğal olunmuş ərazilərindəki anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönümlü rəsmilərin hədəfə alınmasına səbəb olur: "Rusiya tərəfindən təyin olunmuş Velikiy Burluk administrasiyası bələdiyyə sədrlərindən birinin 2022-ci il iyulun 11-də avtomobilin partladılması nəticəsində öldürüldüyü etiraf olunub.

Rəsmilərin hədəfə alınması, çox güman ki, rus işğalçılarının üzləşdiyi ciddi problemləri daha da gücləndirəcək və artıq azalmış hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.