Dünya

Litvadan Berlinə: Xilas olmaq üçün bizdən öyrənin!

13 İyul 2022 12:00
0 Şərh     Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ilə iqtisadi əlaqələrin vaxtilə kəsilməsi Vilnüs üçün düzgün addım idi. Buna görə də bəzi ölkələri Litvanın nümunəsini izləməyə çağırıram.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda deyib.

"Düşünürəm ki, biz Litvanın Rusiyanın enerji və iqtisadi şantajına daha davamlı olması üçün çox işlər görmüşük. Bu gün bəzi Qərbi Avropa ölkələrinə baxanda Litvanın uzun yol qət etdiyini görürəm", - prezident bildirib.

O xatırladıb ki, Litva özünü Rusiyanın enerji mənbələrindən tamamilə müstəqil elan edib, Almaniya isə qışda enerjiyə qənaət üçün müxtəlif variantları nəzərdən keçirir.

Dövlət başçısının sözlərinə görə, Almaniya il yarım ən çətin dövr yaşaya bilər, sonra isə Rusiya asılılığından qurtulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.