Dünya

"Rusiya həbsxanalarındakı bəzi məhbuslar "vaqner"çilər sırasına cəlb edilə bilər" - Britaniya kəşfiyyatı

12 İyul 2022 12:22
0 Şərh     Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində kiçik irəliləyişlər əldə etməyə davam edir. Rusiya tərəfi özü isə bəzi qəsəbələri ələ keçirdiyini iddia edir".

Milli.A Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri həmçinin Slovyansk və Kramatorsk şəhərlərinə doğru E-40 əsas təchizat marşrutu üzrə hücumlarını davam etdirir: "Rusiya qüvvələri, ehtimal ki, Ukrayna qüvvələrinə hərbi təzyiq göstərəcək. Eyni zamanda Rusiya qoşunlarının yaxın gələcəkdə növbəti hücumlar üçün yenidən qruplaşdırılacağı gözlənilir".

Kəşfiyyat məlumatlarında vurğulanıb ki, Rusiya Silahlı Qüvvələrində kadr çatışmazlığı yaranıb: "Buna görə də Rusiya həbsxanalarındakı bəzi adamlar "Vaqner" özəl hərbi şirkətinə cəlb edilə bilər. Belə olsa, bu, şəxsi heyətdəki çatışmazlığı əvəz etməkdə çətinliklər olduğunu göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.