Dünya

Demokratların tərəfdarları Baydenə qarşı

12 İyul 2022 08:20
0 Şərh     Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Demokratik Partiyasının tərəfdarlarının əksəriyyəti hazırkı Prezidenti Cozef Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəmir.

Bunu New York Times/Siena Kollecinin keçirdiyi sorğu sübut edir.

Araşdırmalar göstərib ki, respondentlərin 26%-i Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəyir, lakin 64%-i başqa namizəd görmək istəyir.

Respondentlərin yeni namizədə səs verməsinin əsas səbəbləri hazırkı prezidentin yaşı və fəaliyyətidir.

Qeyd edək ki, sorğu və analitik şirkəti olan "Civiqs" tərəfindən aparılan sorğuya görə, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 29 faizi Co Baydenin idarə etmə tərzini bəyənir, 58 faizi bəyənmir, 13 faizi isə cavab verməkdə çətinlik çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.