Dünya

İran Xəzər dənizində hərbi təlimlər keçirir

8 İyul 2022 20:03
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Xəzərdə hərbi təlimlərə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, Xəzər dənizində keçirilən "Dayanıqlı Təhlükəsizlik 1401" təlimi dəniz qırıcıları, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri də daxil olmaqla müxtəlif bölmələrin iştirakı ilə aparılır.

Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Həmzə Əli Kaviyani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin hazırlığını yoxlamaq və təcrübəsini artırmaqdır.

Xəzər dənizini qonşu ölkələr arasında "sülh və dostluq dənizi" olaraq xarakterizə edən Kavyani, "Bu dənizin nizamını və təhlükəsizliyini heç kimin pozmasına icazə verməyəcəyik" deyə bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.