Dünya

"Rusiya Slavyansk və Kramatorska eyni vaxtda hücuma hazırlaşır"

8 İyul 2022 08:17
0 Şərh     Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Slavyansk və Kramatorska eyni vaxtda paralel hücuma hazırlaşır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qoşunları Barvenkovonun cənubuna artilleriya zərbələri endirib, Nikopol və Novopavlovkanı, həmçinin Slavyanskın şimal-qərbindəki bir neçə yaşayış məntəqəsini atəşə tutub.

MAİ analitiklərinin fikrincə, bu zərbələr rusların şərqdən Barvenkovodan yan keçməyə və ya cənub-şərqdən Slavyanska doğru hərəkət etmək üçün E40 İzyum-Slavyansk magistralına doğru hərəkət etməyə və ya Barvenkovodan Kramatorska doğru birbaşa cənub-şərqə doğru hərəkət etməyə çalışdıqlarını göstərə bilər.

"Rusiya qüvvələri Kramatorska mümkün hücum üçün şərait yarada bilər ki, bu da Slavyanska hücumla paralel gedir", - ekspertlər proqnozlaşdırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.