Dünya

Medvedçukun təyyarəsi və helikopteri ehtiyaclarının ödənilməsi üçün hərbçilərə verildi - FOTO

7 İyul 2022 14:00
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinə ehtiyaclarının ödənilməsi üçün dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçukun ailəsinə məxsus helikopter və təyyarə bağışlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq Ofisinin mətbuat xidməti və Milli Polisin Strateji Araşdırmalar Departamentindən məlumat verilib.

"Məhkəmə Baş Prokurorluğun tələbi ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna xalq deputatının ailəsinin istifadəsində olan vertolyot və təyyarəyə həbs qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əmlakı müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriblər", - deyə məlumatda bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.