Dünya

Türkiyədə həkim xəstəxanada güllələndi

7 İyul 2022 08:24
0 Şərh     Baxış: 1 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ekrem Karakaya adlı həkim çalışdığı xəstəxanada güllələnib.

Hadisə Konya Şəhər Xəstəxanasında qeydə alınıb.

Belə ki, Hacı Mehmet Akçay adlı şəxs bir ay öncə infarktdan vəfat edən anası Kezban Akçayın ölümündə kardioloq Ekrem Karakayanı günahlandırıb. O, bu səbəbdən xəstəxanaya gələrək həkimi tapançadan açdığı ardıcıl atəşlə qətlə yetirib. Hadisəni törədən şəxs daha sonra öz başından atəş açaraq intihar edib.

Məlum olub ki, o da Konyada başqa bir xəstəxanada mühafizəçi olaraq çalışıb.

Baş verən hadisə sosial şəbəkələrin Türkiyə seqmentində ciddi müzakirələrə səbəb olub. Hadisə ilə bağlı ölkənin səhiyyə naziri Fəxrəddin Qoca da paylaşım edib.

"Dəhşətli qətllə bağlı araşdırmalar davam edir. Millətimizin başı sağ olsun" - nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.