Dünya

İranda çirkli hava səbəbindən məktəblər bağlandı

7 İyul 2022 08:14
0 Şərh     Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın qərbi İraqdan əsən güclü küləklərin gətirdiyi toz qatlarının yaratdığı hava çirkliliyi ilə mübarizə aparır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, havanın çirklənməsi səbəbindən İsfahan vilayətinin 16 şəhərində, həmçinin Xuzistan və Yəzd əyalətlərində dövlət müəssisələri və məktəblər bağlanıb.

Xuzistanın Əhvaz şəhərinin Sağlamlıq Elmləri Universitetinin açıqlamasına görə, havanın çirklənməsi nəticəsində yaranan tənəffüs çətinliyi ilə əlaqədar xəstəxanalara 500-dən çox adam müraciət edib, onlardan 62-si müalicə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.