Dünya

“Tengiz” yatağında partlayış baş verib: Ölənlər var - VİDEO

6 İyul 2022 13:37
0 Şərh     Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tengiz" neft-qaz yatağında partlayış baş verib.

Hadisənin bu gün səhər saat 09:55-də Jılıoy rayonunda baş verdiyi bildirilir. İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, partlayış və ölənlərlə bağlı məlumatı "Tengizşevroil" şirkətinin mətbuat xidməti və Atırau vilayəti Polis Departamentinin mətbuat xidməti təsdiqləyib. Şirkətin verdiyi məlumata görə, sınaq zamanı yataqda boru partlayıb. Ehtimal olunur ki, o, böyük təzyiqə tab gətirə bilməyib. Hazırda yataqda bütün işlər dayandırılıb.

Məsul orqanlar hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.