Dünya

Özbəkistana 5 raket atıldı

5 İyul 2022 20:27
0 Şərh     Baxış: 1 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanla sərhədə raket zərbələri endirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb. Mərmilərin Əfqanıstan tərəfdən gəldiyi ehtimal edilir.

"Termez şəhərinin Məcnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib", - Nazirliyin məlumatında deyilir. Özbəkistana ümumilikdə 5 raket atılıb.

Mərmilərdən biri həmin ərazidəki futbol meydançasına düşüb.

Mərmilərin istehkamçı bölmələr tərəfindən zərərsizləşdirildiyi, mülki əhalinin tələfatının qarşısının alındığı vurğulanır.

"Sputnik Tacikistan"ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəyinin məlumatına görə, raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib.

"Naməlum şəxslər "Suzuki" markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə 6 raket atıblar. Maşın tamamilə yanıb, insanlar qaçıb", - mənbə bildirib.

Əfqanıstan polisi yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığını istisna etmir.

Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.