Dünya

Bayden gəlir: Fələstin 5 tələb irəli sürdü

4 İyul 2022 15:22
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstin rəhbərliyi ABŞ Prezidenti Co Baydenə bir sıra şərtlər irəli sürmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Yerusəlim Post" məlumat yayıb.

Məlumata görə, Fələstin rəhbərliyinin ümumilikdə beş tələbi olacaq:

"Ən əsası isə İsrail və Fələstin arasında danışıqlar prosesinin bərpasıdır. Söhbət Qüdsdə ABŞ konsulluğunun açılması, Fələstin Azadlıq Təşkilatının terrorçular siyahısından çıxarılması, həmçinin Vaşinqtonun fələstinlilərə qarşı eskalasiyanı dayandırması üçün İsrailə təzyiq göstərməkdən gedir. Eyni zamanda, Fələstin rəhbərliyi Baydendən ABŞ-dan maliyyə yardımının bərpasını tələb etmək niyyətindədir".

Qeyd edək ki, Baydenin Yaxın Şərqə səfəri bu aya planlaşdırılıb. Səfər çərçivəsində Amerika lideri İsrail, Fələstin və digər ölkələrə gedəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.