Dünya

İtaliyada buzlaqlar çökdü, 6 nəfər öldü

3 İyul 2022 22:04
0 Şərh     Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alp dağlarının İtaliya tərəfindəki Marmolada təpəsində buz kütləsinin uçması nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdirildiyi deyilir.

İtaliyanın bir müddətdir həddindən artıq isti hava və quraqlığın təsiri altında qaldığı vurğulanaraq, dünən Marmolada təpəsində hava istiliyinin 10 dərəcə ilə ən yüksək həddə çatdığı qeyd edilib.

Qeyd edək ki, Marmoladanın zirvəsində yerləşən buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri kimi tanınır. İtaliyanın Padova Universitetinin alimləri 2020-ci ilin sentyabrında verdikləri açıqlamada Marmoladadakı buz kütləsinin 15 ildən sonra yox ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.