Dünya

İqlim fəalları özlərini Van Qoqun tablosuna yapışdırdılar

2 İyul 2022 11:22
0 Şərh     Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın paytaxtı Londonda iki fəal iqlim dəyişikliyinə diqqət çəkmək üçün maraqlı aksiyaya imza atıb.

"Courtauld Gallery"də Van Qoqun sərgisinə gələn iqlim fəalları əllərini rəssamın 1889-cu ildə çəkdiyi "Çiçək açan şaftalı ağacları" ("Peach Trees In Blossom") tablosunun çərçivəsinə yapışdırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Just Stop Oil" iqlim fəalları qrupunun üzvü 21 yaşlı Luis Makkeçni daha əvvəl özünü İngiltərə Premyer Liqası komandalarından olan "Nyukasl" və "Everton" arasında mart ayında keçirilən qarşılaşmada qapı dirəyinə bağlayaraq gündəmə gəlmişdi.

"Gələcəyimizdən qorxduğumuz üçün bu şəkilə yapışmış vəziyyətdəyik. Ehtiyacımız olan dəyişikliyi əldə etmək üçün başqa bir yol olsaydı, onu edərdik. Başqa hər şeyi sınadıq", - deyə L.Makkeçni bildirib.

Aksiya səbəbi ilə qalereya günün qalan hissəsi üçün ziyarətçilərə bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.