Dünya

Roma Papası analara müraciət etdi: “Oğlanlarınızı evləndirin”

30 İyun 2022 09:15
0 Şərh     Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk oğlan övladı olan analara müraciət ünvanlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, katolik dünyasının ruhani lideri analardan öz övladlarının toyunu gecikdirməməyi istəyib.

"Oğullarınızın köynəyini ütüləməyi dayandırın və vaxt itirmədən onları evləndirin. Həddindən artıq sahiblənməyi dayandırın, onların yuvanı tərk etmələrinə icazə verin", - deyə Papa Fransisk söyləyib.

Roma Papası həmçinin evlilik yaşına çatan, lakin hələ də evli olmayan kişilərə də müraciət edərək, onlara ailə həyatı qurmağı tövsiyə edib.

"Hər evlilikdə çətinliklər olur, amma bu çətinliklərdən qorxmayın", - deyə Papa Fransisk vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.