Müharibədən saatlar öncə Putin və Makron nə danışıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynaya hücumdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin Fransa lideri Emmanuel Makronla telefon danışığı olub. Rusiya lideri Vladimir Zelenskini Minsk razılaşmalarına əməl etməməkdə, fransalı həmkarını isə onlara dəstək verməyə cəhddə ittiham edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki,bu barədə "Frans 2" telekanalının Makronla Putinin fevralın 24-ü ərəfəsində sonuncu telefon danışığından bəhs edən filmində deyilir.
Məlumata görə, söhbət Makronun təşəbbüsü ilə baş tutub və o, Putindən vəziyyəti qiymətləndirməyə və bəlkə də onun niyyətinin nə olduğunu birbaşa deməyi istəyib.
"Mən nə deyə bilərəm? Baş verənləri özünüz görürsünüz. Əslində, bizim əziz həmkarımız cənab Zelenski heç bir iş görmür (Minsk razılaşmalarını həyata keçirmək üçün - red.). O, sizə yalan danışır", - deyə Rusiya prezidenti cavab verib.
Putin, həmçinin, Makronu Minsk razılaşmalarına yenidən baxmaq cəhdində ittiham edib və ondan özünü "lxr" elan edən separatçıların "sülh təkliflərini" nəzərə almağı tələb edib.
Daha sonra Fransa prezidenti separatçıların təkliflərinə əhəmiyyət vermədiyini və Putinə Ukraynadakı konfliktin bütün tərəflərinin iştirakı ilə görüş təklif edib. "Mən bunu dərhal Zelenskidən tələb edəcəm", - Makron qeyd edib.
Sonda Makron vəziyyəti gərginləşdirməmək üçün Putini ABŞ Prezidenti Co Baydenlə görüşə razı salmağa çalışıb. Rusiya prezidenti buna könülsüz reaksiya verib, amma yenə də "prinsipcə razılaşıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
İranda dollar yenə bahalaşdı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu





