Dünya

G7 ölkələri 2027-ci ilə qədər qlobal infrastruktura 600 milyard dollar ayıracaq

26 İyun 2022 22:35
0 Şərh     Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Yeddilik Qrupuna (G7) üzv dövlətlər qlobal infrastrukturun inkişafı proqramına başlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, G7 yoxsul ölkələrin infrastrukturuna 600 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Açıqlanan memorandumda deyilir ki, G7 liderləri rəsmi olaraq inkişaf etməkdə olan ölkələrdə infrastruktur boşluqlarını aradan qaldırmaq, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini gücləndirmək və ABŞ-ın milli təhlükəsizlik maraqlarını inkişaf etdirmək üçün təməlqoyma layihələrini həyata keçirəcək qlobal infrastruktur və investisiya tərəfdaşlığına başlayırlar.

G7-yə üzv dövlətlər 2027-ci ilə qədər qlobal infrastruktura 600 milyard dollar cəlb etməyi planlaşdırırlar.

"Bu yalnız başlanğıcdı. Birləşmiş Ştatlar və onun G7 tərəfdaşları digər həmfikir tərəfdaşlardan, banklardan, inkişaf maliyyə institutlarından, ictimai sərvət fondlarından və s. əlavə kapitalı səfərbər etməyə çalışacaqlar", - deyə Ağ Evdən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.