Dünya

Rusiyada qazın qiyməti qalxıb

25 İyun 2022 09:15
0 Şərh     Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən "Qazprom" və onun törəmə şirkətləri tərəfindən istehsal olunan qazın topdansatış qiymətlərini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hüquqi informasiya portalında məlumat verilib.

Bildirilir ki, sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.

Ən yüksək qiymət Adıgeya, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol diyarları üçün müəyyən ediləcək. Burada qiymət 1000 kubmetr üçün 5413 rubl müəyyən edilib.

Ən aşağı qiymət Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiqlənib. Burda isə tariflər 1000 kubmetr üçün 2907 rubl.

Moskva və Moskva vilayətinin müəssisələri 1000 kubmetr üçün 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətinin müəssisələri isə hər biri 5115 rubl ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.