Dünya

Avropada qazın qiyməti 1 400 dolları ötüb

24 İyun 2022 10:37
0 Şərh     Baxış: 1 222
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 430 ABŞ dollarına çatıb.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 23 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyul fyuçerslərinin qiyməti 1 426,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.