Dünya

"Donetsk separatçıları qüvvələrinin 55 faizini itirib" - Britaniya kəşfiyyatı

22 İyun 2022 10:45
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya şimalda İzyum və cənubda Popasna istiqamətlərində intensiv atəşi davam etdirir. Rusiya, çox güman ki, Donbasa çox sayda ehtiyat hissələri yerləşdirməyə hazırlaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında yazılıb.

"Rusiya hakimiyyəti martın 25-dən bəri Ukraynada verdiyi hərbi itkilərinin ümumi sayını açıqlamayıb. Amma qondarma "Donetsk Xalq Respublikası" öz qüvvələrinin itkiləri ilə bağlı məlumatlar dərc edir. İyunun 16-na olan məlumata görə, "DXR" 2022-ci ilin əvvəlindən 2 128 hərbi qulluqçunun döyüşdə həlak olduğunu və 8 897 nəfərin yaralandığını etiraf edib. Separatçı rejimin itkisi mövcud qüvvələrin təxminən 55 faizinə bərabərdir. Bu da Rusiya və Rusiyameyilli qüvvələrin Donbasda ağır durumla üzləşdiyini göstərir. Çox güman ki, "DXR" qüvvələri köhnəlmiş silah və texnika ilə təchiz olunub", - məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.