Dünya

Qərbin Ukraynaya silahları gəldi: snayper kimi dəqiq atır...

22 İyun 2022 17:34
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri artıq Qərb tərəfdaşlarından hərbi yardım alıb və bunun sayəsində cəbhədəki mövqelərini xeyli yaxşılaşdırıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux deyib.

"Qərb tərəfdaşlarının köməyi bir neçə həftə əvvəl gəldi və qoşunlarımızın mövqelərini xeyli yaxşılaşdırdı", - Starux bildirib.

Starux qeyd edib ki, hazırda Ukrayna qoşunları ilə Rusiya qoşunları arasında qarşıdurmanın əsas formalarından biri artilleriya duelləridir. Onun sözlərinə görə, Qərbin silahları snayper kimi dəqiq atır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.