Dünya

Almaniyadan YAŞIL İŞIQ: Şolts təklif edir ki, yeni ölkələr...

19 İyun 2022 22:29
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Olaf Şolz yeni ölkələrin Aİ-yə daxil olma qaydalarını sadələşdirməyi təklif edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, DPA-ya müsahibə verən kansler deyib ki, gələcəkdə hər şeyi yekdilliklə həll etmək mümkün olmayacaq.

"Aİ-nin bütün 27 üzvü buna səs verməlidir. Amma uzun müddətdir ki, bu qaydanın yumşaldılması ilə bağlı müzakirələr gedir", - o bildirib.

Kansler bu məsələ ilə bağlı təkliflərini iyunun 23-24-də Aİ-nin Ukrayna, Gürcüstan və Moldovanın daxil olması üçün müraciətlərə baxılacaq növbəti sammitində təqdim etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.