Dünya

Zelenski və Conson yenidən Kiyevi gəzdilər - FOTO

17 İyun 2022 23:00
0 Şərh     Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, səfər zamanı Consonla Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi gəziblər.

Onlar Mixaylovski meydanı ilə gəzərək, paytaxtdakı Müqəddəs Mixail Qızıl Günbəzli Monastırını ziyarət ediblər.

Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.

Onlar Rusiya Ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.

Xatırladaq ki, Boris Conson 2 ay əvvəlki səfəri zamanı da Zelenski ilə birlikdə Kiyevi gəzmişdi. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.