Dünya

Aİ Rusiyanın bu banklarını “SWIFT”dən ayırır

14 İyun 2022 13:15
0 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) bu gündən etibarən altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın bir neçə bankını "SWIFT" sistemindən ayırır.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, burada söhbət "Sberbank", "Moskva kredit bankı", eləcə də "Rosselxozbank"dan gedir.

Bununla yanaşı, Aİ Belarusun Yenidənqurma və İnkişaf Bankını da sözügedən sistemdən ayırır.

Xatırladaq ki, Aİ iyunun 3-ü Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib. Sözügedən sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur. Bununla yanaşı, sanksiyalara əsasən, dəniz vasitəsilə daşınan Rusiya neftindən mərhələli şəkildə imtina ediləcək. Rusiyadan boru kəməri ilə neft daşınması isə müvəqqəti olaraq istisna olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.