Dünya

Qurban bayramı üçün göndərilən 16 min qoyunu daşıyan gəmi batdı

13 İyun 2022 16:52
1 Şərh     Baxış: 1 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzaya səbəb həddindən artıq yüklənmə olub.

Ekipaj son anda qaçmağı bacarıb.

Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan "BADR 1" gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.

Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.