Dünya

Məşhur müğənniyə mənzilindən istifadə qadağan edilib

12 İyun 2022 19:14
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya hakimiyyəti rus estrada müğənnisi Oleq Qazmanova Yurmaladakı mənzildən istifadəni qadağan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə sənətçinin özü NTV-də yayımlanan "Milyonun sirri" verilişində söyləyib. O deyib ki, 2014-cü ildən qara siyahıdadır.

Qazmanovun sözlərinə görə, Latviya hökuməti onunla bağlı daşınmaz əmlak sata bilməyəcəyi barədə qərar verib. Eyni zamanda müğənniyə Avropa İttifaqında hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

"Əslində məni əmlakımdan məhrum etdilər" deyə Qazmanov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.