Dünya

İngiltərədə PKK tərəfdarları azərbaycanlıya hücum ediblər - VİDEO - FOTO

12 İyun 2022 09:15
Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.

Milli.Az bildirir ki, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər.

"Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar", - hücuma məruz qalan azərbaycanlı deyib.

Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız "Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər", - əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.