Dünya

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

10 İyun 2022 23:48
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.

Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.

Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynaya davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.