Dünya

Berlində baş verən qəzanın günahkarı psixiatrik xəstəxanaya yerləşdiriləcək

10 İyun 2022 09:45
0 Şərh     Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Berlin prokurorluğu çərşənbə günü avtomobilini yoldan keçən bir qrup şəxsin üzərinə sürən 29 yaşlı sürücünün psixiatrik xəstəxanaya yerləşdirilməsinə göstəriş verib. Bu barədə cümə axşamı prokurorluğun sözçüsü məlumat verib.

"Şübhəlinin psixiatriya klinikasına yerləşdirilməsinə qərar verilib" - deyə o bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Berlinin əsas görməli yerlərindən biri olan Vilhelm kayzer kilsəsinin yaxınlığında, Braytşaydplasda hərəkətli küçədə baş verib. "Renault Clio" markalı avtomobildə olan şəxs yoldan keçən izdihamın üzərinə sürüb və mağazanın vitrininə çırpılıb. Cinayəti törədən 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı yoldan keçənlər tərəfindən yerindəcə saxlanılıb.

Son məlumatlara görə, 14-ü orta məktəb şagirdi olmaqla, 29 nəfər xəsarət alıb. Bir nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.