Dünya

Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir

8 İyun 2022 09:15
0 Şərh     Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna şəhərlərini və hərbi obyektlərini Rusiyanın raket hücumlarından qorumaq üçün İsraildən "Dəmir günbəz" hava hücumundan müdafiə sistemini almaq istəyir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.

Onun sözlərinə görə, ABŞ belə bir razılaşmaya müdaxilə etməyəcək: "Bizim İsrailin köməyinə ehtiyacımız var. Yəni, bizim hərbi-texniki dəstəyə ehtiyacımız var. Bizə "Dəmir günbəz" lazımdır. Bu bizə dinc qadın və uşaqlarımızı Rusiyanın raket hücumlarından xilas etməyə imkan verəcək", - Korniyçuk vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.