Dünya

Rusiya Severodonetskin şərq rayonlarının işğalını davam etdirir - Britaniya kəşfiyyatı

7 İyun 2022 13:15
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna qüvvələri həftə sonu Severodonetskin bəzi hissələrini geri alıb, lakin Rusiya şəhərin şərq rayonlarının işğalını davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın geniş planında Severodonetski həm şimaldan, həm də cənubdan ayırmaq nəzərdə tutulur.

Qeyd olunub ki, Rusiya may ayında cənubdakı Popasnada nailiyyətlər əldə edib, lakin bu istiqamətdə irəliləyiş son bir həftə ərzində dayanıb. Vurğulanıb ki, İzyum yaxınlığının güclü top atəşinə tutulması Rusiyanın şimal istiqamətində irəliləyiş üçün yenilənmiş səylərə hazırlaşdığını göstərir.

"Rusiyanın taktiki nailiyyətlərini əməliyyat səviyyəsində uğura çevirmək və bütün Donetsk vilayətinə nəzarət etmək kimi siyasi məqsədinə doğru irəliləməsi üçün bu istiqamətlərdə ən azı birində cəbhəni yarıb keçməlidir", - Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.