Dünya

İlon Mask “Twitter”i almaqdan imtina edə bilər

7 İyun 2022 10:00
0 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" sosial şəbəkəsini almaq niyyətində olan amerikalı sahibkar İlon Mask şirkəti platformadakı saxta hesablar haqqında məlumat əldə etməsinə mane olmaqda ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, belə davam edəcəyi təqdirdə şəbəkənin səhmlərini almaqdan imtina edə biləcəyini deyib.

İş adamı qeyd edib ki, "Twitter"in bu hərəkəti müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin açıq-aşkar pozulmasıdır və o, bundan irəli gələn bütün hüquqlarını, o cümlədən əməliyyatları tamamlamamaq və birləşmə müqaviləsini ləğv etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, mayın ortalarında Mask sövdələşmənin müvəqqəti dayandırıldığını elan edib. Lakin "Twitter" əməkdaşları razılaşmanın plana uyğun davam etdiyini və onun dayandırılmasının mümkün olmadığını bəyan ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.