Dünya

Böyük Britaniyada Boris Consona etimad səsverməsi başlayıb

6 İyun 2022 23:20
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Mühafizəkarlar partiyası hazırkı baş naziri Boris Consonun istefası ilə bağlı səsverməyə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticələr bir neçə saatdan sonra açıqlanacaq.

Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün saat 20:00-a qədər (Bakı vaxtı ilə 23:00) səs verə biləcəklər. Nəticələri Mühafizəkarlar Partiyasının üzvləri biri saata elan edəcək.

Qeyd edək ki, Consonun vəzifədə qalması üçün azı 180 səs lazımdır.

Eyni zamanda, səsvermədən əvvəl baş nazir parlamentariləri ona dəstək verməyə çağırıb.

O, gələcəkdə vergiləri azaldacağını və onları qələbəyə aparacağını vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.