Dünya

İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

5 İyun 2022 10:00
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "El Pais" qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar - qumbaraatan və ya pulemyotlar verib.

Hazırda isə İspaniya "Leopard" tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır.

İspaniya həmçinin Ukrayna ordusuna Qərb tankları ilə işləmək üçün təlim keçməyi təklif edib. Nəşrin mənbələrinə görə, ilkin təlimlər 500 ispan əsgərinin yerləşdiyi Latviyada, daha sonra isə krallığın ərazisində keçirilə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.