Dünya

Bu ölkədə elektron siqaret qadağan edildi

3 İyun 2022 19:37
0 Şərh     Baxış: 824
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Meksika Prezidenti Andres Manuel Lopes Obrador ölkə ərazisində elektron siqaretlərin satışını qadağan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Belə ki, hakimiyyət bu məmulatların istifadəçilərin səhhətinə mənfi təsir edəcəyindən ehtiyatlanır.

Meksika Səhiyyə Nazirliyi istehsalçıların elektron siqaretin zərərsiz olması ilə bağlı məlumatlarını böyük yalan adlandırıb.

Qeyd edək ki, amerikalı həkimlər də hələ 3 il öncə geniş araşdırma ilə elektron siqaretlərin zərərli olduğunu təsdiqləmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.