Dünya

Bu ölkədə dünyanın ən böyük binaları tikiləcək

1 İyun 2022 21:50
0 Şərh     Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı "NEOM" meqapolis layihəsi çərçivəsində dünyanın ən böyük binalarını tikməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Krallığın hökumətindəki mənbələr "Al Arabia" telekanalına bildiriblər. Hazırda hündürlüyü təxminən 500 metr olan və üfüqi olaraq böyük əraziyə uzanan iki göydələnin layihələri başa çatıb. Göydələnlər Qırmızı dəniz sahilindən səhraya doğru uzanacaq və burada yaşayış, pərakəndə satış və ofis sahələri olacaq. Səudiyyə Ərəbistanı tezliklə hazırda dünyanın ən hündür, Dubaydakı 828 metr hündürlüyündə "Bürc Xəlifə"nin rekordunu təzələyən binaya - tikintisi başa çatmaqda olan Ciddə Qülləsinə malik olacaq.

"NEOM" layihəsi 2017-ci ildə vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən elan edilib və krallığın neftdən asılı iqtisadiyyatını şaxələndirmək planının bir hissəsidir. Bu layihə çərçivəsində salınacaq yeni şəhərdə futuristik, davamlı icma olacaq, həmçinin 170 kilometr uzunluğunda fərdi avtomobilsiz "yaşıl ictimai nəqliyyat" fəaliyyət göstərəcək.

Layihənin icraçı direktoru Nadmi əl-Nasr jurnalistlərə bildirib ki, nəhəng binalar artan sıra ilə fərqli hündürlükdə olacaq, eyni zamanda, landşaftla uyğunlaşacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2013-cü ildə dünyanın indiki ən hündür binası olan Dubaydakı "Bürc Xəlifə"dən daha hündür olacaq Ciddə Qülləsinin tikintisinə başlayıb. Krallıqda hazırda dünyanın dördüncü ən hündür binası -Məkkədəki 601 metr hündürlüyündə olan Abrac əl-Bait saat qülləsi hoteli mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.