Dünya

“Tik-Tok” “Russia Today”in hesabına blok qoydu

31 May 2022 23:29
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur Çin sosial media tətbiqi "Tik-Tok" Rusiyanın "Russia Today" xəbər telekanalının alman xidmətinin sosial şəbəkə hesabını silib, profilini isə bloklayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Tik-Tok" nümayəndələrinin sözlərinə görə, bloklama istifadə qaydalarının pozulması ilə bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında "Russia Today" telekanalının Almaniyada alman dilində yayımı qadağan edilib.

Buna cavab olaraq Rusiya "Deutsche Welle"nin Rusiya bürosunun bütün işçilərinin akkreditasiyasını ləğv edib. Alman televiziya şirkətinin Moskva bürosu bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.