Dünya

Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı yoxdur

31 May 2022 08:43
0 Şərh     Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: "Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür".

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.