Dünya

Poroşenko Zelenskiyə müraciət edib ölkədən çıxdı

30 May 2022 20:31
0 Şərh     Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko üçüncü cəhddə ölkədən çıxa bilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Poroşenko Avropa xalq partiyasının sammitində iştirak etmək üçün Rotterdama yola düşüb.

Sabiq Prezident bundan əvvəl ölkədən çıxmağa iki dəfə cəhd göstərib. Ali Radanın rəsmi nümayəndə heyətinin üzvü kimi NATO Parlament Assambleyasında iştirak etmək məqsədilə mayın 27-də və 28-də sərhəd-buraxılış məntəqəsinə gələn sabiq prezidenti sərhədçilər geri qaytarıblar.

Bu gün səhər Petro Poroşenko ölkədən çıxmasına yardım göstərilməsi xahişi ilə Prezident Volodimir Zelenskiyə müraciət edib və gedişinin məqsədini açıqlayıb. Yalnız bundan sonra onun Polşa ilə sərhədi keçməsinə icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.